Maks Abraham | |
---|---|
Doğum tarixi | 26 mart 1875[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 noyabr 1922[1][2][…] (47 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | beyin xərçəngi[d] |
Elm sahəsi | fizika |
İş yerləri |
|
Təhsili | |
Elmi rəhbəri | Maks Plank |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Maks Abraham (alm. Max Abraham; 26 mart 1875[1][2][…], Qdansk, Prussiya[3] – 16 noyabr 1922[1][2][…], Münxen[3]) — yəhudi əsilli Almaniya nəzəri fiziki.
1897-ci ildə Berlin Universitetini bitirmiş və burada Maks Plankın köməkçisi kimi çalışmışdır. Riyazi fizika, elektrodinamika, elektron nəzəriyyə, cazibə nəzəriyyəsi sahəsində əsas əsərlər yazmışdır. 1902–1903-cü illərdə elektronun quruluşu haqqında ilk fərziyyəni irəli sürmüşdür. Elektron impuls anlayışını təqdim etmiş, elektronun elektromaqnit kütləsinin sürətdən asılılığının düsturunu vermişdir. O, 1912-ci ildə Nyutonun nəzəriyyəsini ümumiləşdirən, lakin Eynşteynin cazibə və ətalət qüvvələrinin ekvivalentliyi prinsipini nəzərə almayan cazibə qüvvəsi nəzəriyyəsini irəli sürmüşdür.[4]